"Gənclərin Töhfəsi" İctimai Birliyinin 3 yaşı tamam olur. Birliyin mətbuat xidmətinin verdiyi məlumata görə, təşkilatın yaranma günü 13 dekabr 2012-ci il tarixdə geniş bir tədbirlə qeyd olunub.
Tədbirdə "Gənclərin Töhfəsi"nin sədri Asim Vəliyev bildirib ki, "Birlik yarandığı gündən bugünə kimi respublikamızda gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində aparılan gənclər siyasətinə dəstək verməkdədir və bir çox uğurlu layihələrə imza atıb". Birliyin rəhbəri yaranmalarının 3 illiyi münasibəti ilə də bütün üzvləri təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə eyni zamanda bəzi özəl şirkət nümayəndələri də iştirak ediblər. "Memorial Klinik"in Marketinq və PR meneceri Anar Orucov, "Çudo Peçka"nın PR meneceri Vüqar Baba iştirak öz rəhbərliyinin təbrikini və hədiyyəsini təşkilat üzvlərinə çatdırıb. "Memorial Klinik"in nümayəndəsi birliyin üzvlərinə klinikada 15% güzəştli müayinə və müalicə paketi təklif edib.