...

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2012 20:54 (UTC +04:00)
Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Penitensiar Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 17.12.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.4; 206.4; 234.4.1; 234.4.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bəşirov Əli İmaməli oğluna həyat yoldaşı Astara rayon sakini Məmmədova Bahar Əli qızının gətirdiyi sovqata baxış keçirilən zaman orada olan "Üç inək" pendirinin içərisindən ağ sellofana bükülmüş ümumi xalis çəkisi 2,7 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti