...

Azərbaycanda əqli mülkiyyət hüququ obyektlərinin qeydə alınması ilə bağlı rüsumlar artırılacaq

Cəmiyyət Materials 20 Dekabr 2012 11:11 (UTC +04:00)
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə dövlət rüsumunun məbləği artırılacaq.
Azərbaycanda əqli mülkiyyət hüququ obyektlərinin qeydə alınması ilə bağlı rüsumlar artırılacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə dövlət rüsumunun məbləği artırılacaq. Trend-in məlumatına görə, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsində qeyd olunub.

Təklif olunan dəyişikliklərə əsasən, ixtira patentinin qüvvədə saxlanması üçün rüsum 3-cü ildən 10-cu ilə kimi - fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla; digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla müəyyən ediləcək. 11-ci ildən 20-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla; digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla; 21-ci ildən 25-ci ilə kimi isə fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla; digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla müəyyən ediləcək.

Faydalı model patentinin qüvvədə saxlanılması üçün rüsum fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla; digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla; sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla; digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla; 11-ci ildən 15-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla; digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla müəyyən ediləcək.

Əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün hüquqi şəxslərdən 20 manat, fiziki şəxslərdən 10 manat məbləğində rüsum alınması nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti