...

İstirahət günü Azərbaycanda hava nisbətən sabit keçəcək

Cəmiyyət Materials 22 Dekabr 2012 13:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
İstirahət günü Azərbaycanda hava nisbətən sabit keçəcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Sabah Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti