Atena Azərbaycanın heyvandarlıq sektorunda ən tanınmış bölgəsi olan Ağcabədi rayonunun Ağabəyli kəndində qurulmuşdur. Süd və süd məhsulları istehsalı ilə yanaşı bölgənin inkişafına təsir göstərməyi də nəzərdə tutulmuşdur.
Atena süd zavoduna keyfiyyətli, kifayət edəcək miqdarda və eyni standartda davamlı süd təmin etmək üçün Atena ferması inşa edilmişdir. Atena ferması 40 hektarlıq ərazidə salınmışdır. Almaniyadan gətirilmiş yüksək genetik keyfiyyətə sahib 3,000 baş inək Atena fermasında səhər-axşam sağılır.
Atena fermasında süd sağılandan sonra son məhsul çəninə qədər əl dəymədən avtomatik, olarak sövq edilir. Fabrikə gətirilən çiy süd, keyfiyyət analizlərindən sonra avtomatik proses maşınlarında kobud, lazımsız maddələrdən təmizləmə və soyutma əməliyyatlarına buraxılaraq əvvəldən təmizliyi təmin edilmiş çiy süd çənlərinə köçürülür və soyuq şəraitdə saxlanılır.
Çiy südün Atena fermadan Atena fabrikə daxil olmasından sonra süd ilk olaraq fabrikdə istifadə olunan yüksək texnologiyalar vasitəsi ilə istehsal mərhələlərinə göndərilir.
Ultragigiyenik və son texnologiyalı qablaşdırma maşınlarında yenə əl dəymədən, işıq keçirməyən və fabrikdə istehsal olunmuş qablara tam avtomatik olaraq doldurulub qablaşdırılır.
11.05.2011-ci il tarixində fəaliyyətə başlayan Atena MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir.
Atena süd və süd məhsulları bazarında bu gün artıq 40 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir. Süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunub xalqımızın süfrələrinə ötürülür.
2011-ci ilin may ayında yaranan Atena MMC qısa bir müddətdə süd ve süd məhsulları istehsalında Azərbaycanda ən böyük istehsal həcminə və ən yeni texnoloji avadanlıqlarına malik fabriki olaraq "İlin investisiyası" və bu investisiyanı həyata keçirən cənab Elşad Rəsulov da "İlin İnvestoru" mükafatlarına layiq görülmüşdülər.