...

Koreya səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2012 12:03 (UTC +04:00)
Koreyanın Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Bakı Ali Neft Məktəbində olub.
Koreya səfiri Bakı Ali Neft Məktəbində olub  (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Koreyanın Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Bakı Ali Neft Məktəbində olub.

Rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verib, onu binada yaradılmış infrastrukturla tanış edib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan Koreya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Çoi Suk-in Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb, təhsil ocağının Koreyanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşdə səfirliyin birinci katibi Kim Ce-çol da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti