...

Bakıda 58 sərxoş sürücü saxlanılıb

Cəmiyyət Materials 4 Yanvar 2013 12:49 (UTC +04:00)
Dekabr 31-dən yanvarın 4-ə kimi Bakıda 27 yol qəzası qeydə alınıb, nəticədə 5 nəfər ölüb, 38-i isə xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Bakıda 58 sərxoş sürücü saxlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Dekabr 31-dən yanvarın 4-ə kimi Bakıda 27 yol qəzası qeydə alınıb, nəticədə 5 nəfər ölüb, 38-i isə xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədovun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 49 faizi piyadavurma ilə bağlı olub, nəticədə iki piyada ölüb. Bölmə rəisi bildirib ki, yol-nəqliyyat hadisələrinin 51 faizi sürət həddini aşma olub.

Dekabr 31-dən yanvarın 4-ə kimi Bakıda keçirilən reydlər zamanı 58 sürücü avtomobili sərxoş idarə etdiyi üçün saxlanılıb. Əsədovun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Bu da müvafiq qanunvericiliyə edilən əlavə və dəyişikliyə görə, cəza növlərinin sərtləşdirilməsi ilə izah edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti