Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün test blokuna daxil olan test tapşırıqları ilə bağl bəzi dəyişikliklər edib.
Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur.
TQDK-nın "Magistr" jurnalının xüsusi buraxılışının 1-ci sayı nəşr edilib. Bu sayda ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, qəbul imtahanı proqramları öz əksini tapıb.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı iki mərhələdə keçiriləcək.
Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün test tapşırıqlarına dəyişikliklər edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün test blokuna daxil olan test tapşırıqları ilə bağl bəzi dəyişikliklər edib.