...

Millət vəkili Novruz Aslanov seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2013 10:26 (UTC +04:00)
Yanvarın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Külüllü kəndində rayon İcra Hakimiyyəti başçısının müavini ilə birgə seçiciləri qəbul edib.
Millət vəkili Novruz Aslanov seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Yanvarın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Külüllü kəndində rayon İcra Hakimiyyəti başçısının müavini ilə birgə seçiciləri qəbul edib. Qəbulda iştirak edən sakinlərin qaldırdığı əsas məsələ kənddə yeni orta məktəb binasının inşası ilə bağlı olub. Bu məsələdə müvafiq strukturlara müraciətin ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Külüllü kəndində təbii qaz və içməli su problemi həll edilib və kənd sakinləri buna görə deputat Novruz Aslanova və əlaqədar qurumlara öz təşəkkürlərini bildiriblər.
Bu il də millət vəkilinin İsmayıllı rayonunun digər kəndlərində də görüşlərin keçirilməsi nəzərdə tutulub və bu, deputat tərəfindən təyin olunmuş qrafik üzrə yerinə yetiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti