...

"Sendi" qasırğasının vurduğu zərər 20 milyard dolları ötəcək

Cəmiyyət Materials 9 Yanvar 2013 13:30 (UTC +04:00)
"Sendi" qasırğasının sığorta sahəsinə vurduğu zərər 20 milyard dollardan çox təşkil edəcək.
"Sendi" qasırğasının vurduğu zərər 20 milyard dolları ötəcək

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"Sendi" qasırğasının sığorta sahəsinə vurduğu zərər 20 milyard dollardan çox təşkil edəcək. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "Fitch Ratings" agentliyinin yeni hesablamalarında göstərilir.

Məlumata görə, agentliyin hesablaması 2013-cü il yanvarın 8-dək ayrı-ayrı şirkətlərin uğradıqları ziyanlar barədə hesabatlarına əsaslanır. Bu şirkətlər 16-17 milyard dollar dəyərində ziyana düşüblər.

Belə miqyaslı təbii fəlakətlərin zərərlərini hesablamaq çətin olduğuna görə hələ bəzi iri sığorta şirkətləri itkiləri barədə məlumat yaymayıblar. Bu cür şirkətlərin itkiləri isə 5 milyard dollara çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti