...

Sabah Azərbaycan ərazisində hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq

Cəmiyyət Materials 9 Yanvar 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava şəraiti daha da kəskinləşəcək, yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, gözlənildiyi kimi Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, yanvarın 8-də axşam və 9-na keçən gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında yanvarın 10-da soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 10-da arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti