...

Allahşükür Paşazadənin II Qareginlə görüş məsələsinə rəsmi aydınlıq gətirilib

Cəmiyyət Materials 9 Yanvar 2013 16:24 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin ermənilərin katolikosu II Qareginlə görüşü məsələsinə rəsmi aydınlıq gətirilib.
Allahşükür Paşazadənin II Qareginlə görüş məsələsinə rəsmi aydınlıq gətirilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin ermənilərin katolikosu II Qareginlə görüşü məsələsinə rəsmi aydınlıq gətirilib.

Trend-in QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son günlər erməni mətbuatında bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün Azərbaycan-Ermənistan sərhədində keçirilməsi barədə təklif müxtəlif formalarda yozulur.

QMİ bəyan edir ki, Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırıb və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmayıb, söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən gedib.

QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhədində baş tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti