...

Ombudsman əsgər Ceyhun Qubadovun ölüm ilə bağlı müraciət edib

Cəmiyyət Materials 11 Yanvar 2013 14:28 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət edib.
Ombudsman əsgər Ceyhun Qubadovun ölüm ilə bağlı müraciət edib

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müraciətdə baş vermiş ölüm hadisəsi ilə bağlı narahatlıq ifadə olunub, hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin olunması və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılması xahiş edilib.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti