Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda ötən il ərzində qarayara və quduzluqla xəstələnənlərin sayı artıb. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.
2012-ci ildə, həmçinin pedikulyoz, tetanus, edipemik parotit, qazanılmış immunçatışmazlığı sindromu ilə xəstələnənlərin sayı da bir qədər artıb.
Ümumilikdə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib.
2011-ci illə müqayisədə ötən il sifilislə xəstələnənlərin sayı xeyli azalıb - 36,7 faiz. Həmçinin azalma göyöskürək (35,7 faiz), brusellyoz (34,1 faiz), viruslu hepatit A (32 faiz) xəstələrinin sayında da müşayiət olunub.
Azərbaycanda 2012-ci ildə dufteriya, kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb.