...

Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilib

Cəmiyyət Materials 18 Yanvar 2013 17:49 (UTC +04:00)
2013-cü il 18 yanvar tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

2013-cü il 18 yanvar tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov bildirmişdir ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. O qeyd etmişdir ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Mərasimdə çıxış edənlər sovet ordusu əsgərlərinin Bakıda törətdiyi bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacığını bildirmişlər.

Qeyd olunmuşdur ki, o vaxt bu hadisələrə ümummilli liderimiz Heydər Əliyev sərt münasibət bildirmiş, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırmışdır. Məhz ümummilli liderimizin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

Anım mərasimində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti