...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalarının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 21 Yanvar 2013 10:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti yanvarın 1-dən 16-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalarının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti yanvarın 1-dən 16-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 61 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 2 iş üzrə 3400 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 154,6 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 59 iş üzrə 24653,5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qruplarına isə 5 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti