...

Ermənistanda polis özbaşınalığının möhkəm əsası var - qəzet

Cəmiyyət Materials 22 Yanvar 2013 15:07 (UTC +04:00)
Dünən "Kontrudar - Art" gənclər qrupunun bir neçə üzvü Yerevan polisinin Mərkəzi Şöbəsi yaxınlığında növbəti aksiya keçirib.
Ermənistanda polis özbaşınalığının möhkəm əsası var - qəzet

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Dünən "Kontrudar - Art" gənclər qrupunun bir neçə üzvü Yerevan polisinin Mərkəzi Şöbəsi yaxınlığında növbəti aksiya keçirib.

Trend çərşənbə axşamı Ermənistanın "Aykaman Jamanak" qəzetinə istinadən məlumat verir ki, gənclər yaxınlıqdakı binalardan birinin divarından plakat asmaq niyyətində olublar.

Aksiyanın qarşısını almaq üçün şöbənin bütün əməkdaşları səfərbər edilib. Aksiya başlamazdan əvvəl onlarla polis ərazini dövrəyə alıb. Həmin ərazidə, həmçinin "Aykanak Jamanak" qəzetinin redaksiyası yerləşir.

"Aksiya polis özbaşınalığına etiraz olaraq təşkil edilmişdi və mövcud aksiyanın gedişatı göstərdi ki, bu özbaşınalığın möhkəm əsası var. Polis qüvvələri plakatı dərhal binanın divarından götürüblər. Təbii ki, polis bu addımın nə dərəcədə qanuni olduğuna aydınlıq gətirə bilməyib", - qəzet yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti