...

"İnfiniti Azərbaycan"dan 2013-cü ilin ilk kampaniyası (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2013 14:35 (UTC +04:00)
"İnfiniti Azərbaycan" 2013-cü ilin ilk kampaniyasına start verib. İndi ən dinamik görünüşlü "İnfiniti FX" modellərini əldə edən hər bir müştəriyə 3 illik, idman üslubu ilə hüdudsuz dəbdəbəni özundə cəmləşdirən "İnfiniti G" modellərini əldə edən müştəriyə isə 2 illik sığorta xərci "İnfiniti Azərbaycan"dan hədiyyə edilir.
"İnfiniti Azərbaycan"dan 2013-cü ilin ilk kampaniyası (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

"İnfiniti Azərbaycan" 2013-cü ilin ilk kampaniyasına start verib. İndi ən dinamik görünüşlü "İnfiniti FX" modellərini əldə edən hər bir müştəriyə 3 illik, idman üslubu ilə hüdudsuz dəbdəbəni özundə cəmləşdirən "İnfiniti G" modellərini əldə edən müştəriyə isə 2 illik sığorta xərci "İnfiniti Azərbaycan"dan hədiyyə edilir.

Ətraflı məlumatı "İnfiniti" Satış və Servis Mərkəzindən və www.infiniti-azerbaijan.com saytından, həmçinin www.facebook.com/İnfinitiAzerbaijan səhifəsindən əldə etmək mümkündür.

İdman üslubunun ən aqressiv ifadəsini və üstünlüyü özündə cəmləşdirən "İnfiniti FX" 390 at gücünə malik, 5.0 litr, 32 klapanlı DOHC V8 VVEL (Variable Valve Event & Lift) mühərrikli və 303 at gücünə malik, 3.5 litr, 24 klapanlı DOHC V6 mühərrikli modelləri ilə müştərilərə təklif olunur.

Daxildən "İnfiniti FX" modelinin dəbdəbəli interyeri ətrafdakıları cəlb edərək, sürücünün tələblərinə cavab verən intuitiv idarəetmə elementlərinə malik kokpit, idman üslubunda olan oturacaqlar, təkmilləşdirilmiş naviqasiya və texnoloji yeniliklərdən olan 11 dinamikli premium audio sistem "Bose", intellektual açar sistemi, həmçinin intellektual kruiz-kontrol və tam çevrəni görməyə imkan verən "Around View" monitor sistemi ilə təchiz edilib. Qeyd edək ki, lüks krossover seqmentinin flaqmanı "İnfiniti FX" ötən il "Caspian Motor Show" sərgisində "Tam ötürücülü krossover" nominasiyasında "Qızıl Çarx" mükafatına layiq görülüb.

İdman üslubu ilə dəbdəbəni özündə cəmləşdirən "İnfiniti G" modeli isə İnfiniti Satış Mərkəzində 218 at gücünə malik, 2.5 litr, V6 mühərriki ilə təchiz olunmuş G25 və 326 at gücünə malik 3.7 litr V6 VVEL mühərriki ilə təchiz olunmuş G37 modifikasiyaları ilə müştərilərə təqdim olunur. Cazibədar görünüşə malik "İnfiniti G" dəri oturacaqlar və sürücünün tələblərinə cavab verən təkmilləşdirilmiş audio sistem, naviqasiya və texnoloji yeniliklərdən olan 10 dinamikli premium audio sistem "Bose", intellektual açar sistemi, həmçinin intellektual kruiz-kontrol və arxa görüntü monitoru ilə təchiz edilib.

Qeyd edək ki, "Nurgün Motors" şirkəti Azərbaycan bazarında "İnfiniti" brendinin rəsmi distribütorudur. Şirkət "İnfiniti" markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "Nurgün Motors"un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə edib və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə, eyni zamanda, dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilib.

"Nurgun Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb.

Əlavə məlumat üçün ünvan: Bakı şəhəri, Babək pr., 31; Tel.: (+99412) 448 17 65; E-mail: [email protected]; Web: www.infiniti-azerbaijan.com; http://www.facebook.com/infinitiazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti