...

QHT-lərə Dövlət Dəstəyi Şurası 2012-ci ilə dair hesabatını açıqlayıb

Cəmiyyət Materials 25 Yanvar 2013 12:38 (UTC +04:00)
2012-ci il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 735 layihə daxil olub və bunlardan 348 layihəyə 2 milyon 31 min manat vəsait ayrılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurası 2012-ci ilə dair hesabatını açıqlayıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

2012-ci il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 735 layihə daxil olub və bunlardan 348 layihəyə 2 milyon 31 min manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu Şuranın sədri, millət vəkili Azay Quliyev 2012-ci ilin yekunlarına dair keçirilən hesabat konfransında bildirib.

Quliyev qeyd edib ki, Şura ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT eskpertlərindən ibarət işçi qrupu yaradıb. "Sosial sifariş", "İctimai iştirakçılıq" və "Peşə birlikləri" haqqında qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti