...

FHN: Azərbaycanın bəzi təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı lazımi maarifləndirmə işləri aparılmır (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 7 Fevral 2013 11:07 (UTC +04:00)
Onun sözlərinə görə, 2011-ci ildə uçota alınmış 2 340 yanğın hadisəsi baş vermişdisə, 2012-ci ildə FHN və onun müvafiq qurumlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 2 131-ə enib. O qeyd edib ki, 2011-ci ildə yanğınlar zzamanı 66 insan həlak olmuşdursa, ötən il onların sayı 56 nəfər olub.
FHN: Azərbaycanın bəzi təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı lazımi maarifləndirmə işləri aparılmır (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 10:43-də yayılıb)

Azərbaycan, Bakı, 7 fevral/ Trend müxbir M.Əliyev/

Ötən il Azərbaycanda baş vermiş yanğln hadisələrində və yanğınlarda insan ölümünün sayı azalıb. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirənin açılışında Xidmətin rəisi Elmar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə uçota alınmış 2 340 yanğın hadisəsi baş vermişdisə, 2012-ci ildə FHN və onun müvafiq qurumlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 2 131-ə enib. O qeyd edib ki, 2011-ci ildə yanğınlar zamanı 66 insan həlak olmuşdursa, ötən il onların sayı 56 nəfər olub.

Hüseynov deyib ki, FHN YNX ötən il təhsil müəssisələrində apardığı yanğın-texniki müayinələr zamanı uzun müddət təhlükəsizlik tələblərinə və standartlara cavab verməyən 11 nasaz qaz və elektrik qurğuları şəbəkədən ayrılıb, təhsil müəssisələrində çalışan 66 min nəfər yanğına qarşı təlimatlandırılıb. O həmçinin bildirib ki, 33 ədəd yeni yanğın su hovuzu inşa edilib, 15 nasaz su hovuzu təmir olunub.

"Təəssüflə qeyd etmək istərdim ki, obyektiv və subyektiv səbəblərlə bağlı ölkənin xüsusən bölgələrində təhsil müəssisələrinin qaz cihazlarından istifadəsinə yol verilir, bu da öz növbəsində real təhlükəyə zəmin yaradır", - Hüseynov deyib.

O, həmçinin təəssüflə qeyd edib ki, bu mühüm sahə ilə bağlı işlərin görülməsi təhsil ocaqlarında tələb olunan səviyyədə deyil. Xidmət rəisinin sözlərinə görə, bir çox təhsil müəssisələrində yanğın təhlükəsizliyi guşələri yoxdur, təhsil müəssisələrində yanğına qarşı təbliğat xarakterli plakatlara rast gəlinmir.

"Bu günümüzün realıqlarından biri də odur ki, tədris ocaqlarının rəhbərləri, müəllim və texniki işçiləri, tələbə və şagirdlərin yanğın təhlükəsizliyi bilgiləri ilə bağlı maarifləndirilməsi tələb olunan səviyyədə təmin etmirlər", - o deyib.

Tədbirdə FHN, həmçinin qurumun DYNX haqqında qısametrajlı filmləri nümayiş olunub. Xidmətin rəis müavini Aqşin Kazımov, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev, hüquq sektorunun rəisi Ehtiram Əliyev təhsil müəssisələrində yanğın təhlükəsizliyi, təhlükəsizlik tədbirləri, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi məsulliyyət barədə çıxış ediblər.

Seminar çərçivəsində "Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!" foto-stendi hədiyyə olaraq Bakı şəhəri 183 saylı tam orta məktəbə təqdim olunub, "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi" mövzusunda video-stend nümayiş olunub, həmçinin "Təhsil müəssisələrində yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası müşavirə iştirakçılarına paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti