...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 9 Fevral 2013 11:54 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycanda, əsasən, yağmursuz hava şəraiti müşahidə ediləcək, gözlənilən temperatur isə iqlim norması daxilində olacaq.
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda, əsasən, yağmursuz hava şəraiti müşahidə ediləcək, gözlənilən temperatur isə iqlim norması daxilində olacaq. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Fevralın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin qeydə alınacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

Fevralın 11-də havanın əsasən yağmursuz, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti