...

Bakıda körpə və xalasının ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücü tutuldu

Cəmiyyət Materials 13 Fevral 2013 12:32 (UTC +04:00)
Bakıda azyaşlı uşaq və xalasının ölümü ilə nəticələnən ağır yol qəzasını törətmiş sürücü tutularaq istintaqa cəlb edilib.
Bakıda körpə və xalasının ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücü tutuldu

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda azyaşlı uşaq və xalasının ölümü ilə nəticələnən ağır yol qəzasını törətmiş sürücü tutularaq istintaqa cəlb edilib.

Trend-in Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Cinayətin törədilməsində şübhəli bilinən sürücü F.Məmmədov tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısında 1989-cu il təvəllüdlü Məmmədov Fuad İlham oğlu idarə etdiyi "Mersedes Benz 180" markalı, "90-CV-823" dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, onun bacısı, 1993-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub. Baş vermiş hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölüb, digər zərərçəkmiş R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakta görə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti