...

Dağlar qoynunda cənnət məkanı (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2013 17:23 (UTC +04:00)
Qeyd edək ki, ölkənin şimal-şərqində, Şahdağın ətəyində yerləşən Qusar rayonu - nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biridir. Sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına bürünmüş dağları və meşələri ilə zəngin xüsusi rəngarəng təbiətə malikdir. Rayonun ərazisi sanki Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bəndi təşkil edir.
Dağlar qoynunda cənnət məkanı (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir R.Hafizoğlu/

Trend oxucularına "Şahdağ" Qış-Yay Turizm Kompeksindən görüntüləri təqdim edir.

Qeyd edək ki, ölkənin şimal-şərqində, Şahdağın ətəyində yerləşən Qusar rayonu - nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biridir. Sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına bürünmüş dağları və meşələri ilə zəngin xüsusi rəngarəng təbiətə malikdir. Rayonun ərazisi sanki Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bəndi təşkil edir.

Qusar rayonu respublikanın özünəməxsus qapısı hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu.

Rayonun zəngin və rəngarəng təbiəti, büllur kimi şəffaf havası, münasib iqlimi (qış aylarında havanın temperaturu mənfi 20-22 dərəcəyədək enir, yay aylarında isə axşam müsbət 20 dərəcədən artıq yüksəlmir), özünəməxsus mədəniyyəti - bütün bu göstəricilər burada müasir, ən yüksək dünya standartlarına uyğun turizm kompleksinin yaradılması və inkişafı üçün əsasdır.

2006-cı ildən Qusar rayonunda "Şahdağ" qış-yay turizm kompleksinin yaradılması üzrə işlər aparılır. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2008-ci il tarixli 116 №-li qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti yaradılıb.

"Şahdağ" Qış-Yay Turizm Kompleksi tikintisinin 1-ci fazası üzrə işlərin əsas həcminin bitməsi ilə əlaqədar 20 dekabr 2012-ci il tarixində bir sıra obyektlərin açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti