Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/
2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu yekunlaşıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə günü Trend-ə verilən məlumata görə, bu gün saat 17:00-da bakalavrlara "Bakalavrın elekron ərizə" formasını təsdiqləmək üçün verilən müddət başa çatıb. Bakalavrlar fevralın 11-dən 21-dək elektron ərizələrini doldurublar. Fevralın 12-dən 22-dək isə ərizələrini təsdiq etdirməli idilər.
Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.
İyunun 3-11-də magistraturaya proqram seçiminin aparılması, iyunun 23-də isə magistraturaya qəbul imtahanının II mərhələsinin keçirilməsi nəzərdə tutulur. İyunun 26-28-də isə magistraturaya ixtisaslaşma seçiminin aparılması planlaşdırılır.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü Trend-ə bildirib ki, magistratura imtahanlarında iştirak etmək üçün 21 622 bakalavr sənəd verərək ərizəsini təsdiq etdirib. Ərizə təsdiq edənlərin 190 79 nəfəri Azərbaycan, 25 43 nəfəri isə rus bölməsi üzrə sənəd verib.