...

"Skal Bakı" klubu ilə Milli QHT Forumu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Cəmiyyət Materials 26 Fevral 2013 12:46 (UTC +04:00)
"Skal Bakı" klubu ilə Milli QHT Forumu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Trend-in məlumatına görə, bu barədə "Millennium Tourism & Congress" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Skal Bakı" klubu ilə Milli QHT Forumu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"Skal Bakı" klubu ilə Milli QHT Forumu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Trend-in məlumatına görə, bu barədə "Millennium Tourism & Congress" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Memorandum vətəndaş cəmiyyətinin formalaşması üzrə təşkilatların birgə fəaliyyətini, informasiya mübadiləsi, ölkədə və onun hüdudları xaricində birgə tədbirlərin və konfransların keçirilməsi, cəmiyyətdə vətəndaş şüurunun inkişafına yönəldilmiş müxtəlif proqramların hazırlığını nəzərdə tutur. Sənədi Bakı SKAL klubunun prezidenti Ruslan Quliyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni imzalayıb.

İmzalanma mərasimi dünən paytaxtdakı "Şafran" mehmanxanasında "Skal İnternational Baku" Turizm Professionalları Assosiasiyasının növbəti, 13-cü toplantısı zamanı baş tutub. Toplantını "Skal Bakı" klubunun prezidenti Ruslan Quliyev açaraq qurumun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumat verdi: "Fəaliyyət göstərdiyimiz dörd il ərzində təşkilatımız "Skal İnternational"ın Sidneydə keçirilən toplantısında mükafata, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən Milli Turizm Mükafatına (2011) layiq görülüb. Məqsədimiz Azərbaycanın mədəniyyətini və turizm potensialını dünyada təbliğ etmək, ölkəyə daha çox turist cəlb edilməsinə nail olmaqdır. Bunun üçün müxtəlif ölkələrin skal klubları ilə yaxından əməkdaşlıq edir, birgə layihələr həyata keçiririk".

"Young Skal" klubu haqqında Kənan Hənifəyev məlumat verib. Onun sözlərinə görə, "Skal Bakı"nın tərkibində yaradılmış "Young Skal"ın əsas fəaliyyəti Azərbaycan gənclərini turizm haqqında maarifləndirmək, bu sahədə çalışanların şəbəkələşməsini təşkil etmək və dünyadakı oxşar qurumlarla əməkdaşlıq qurmaqdır.

"Millennium" turizm şirkətinin əməkdaşı Əfqan Şahquliyev Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramı haqqında danışıb. O bildirib ki, bu proqramın əsas məqsədi davamlı inkişafa nail olmaq üçün modulların yaradılmasıdır.

"Spektr" treninq mərkəzinin təlimçisi Sevinc Əli isə təmsil etdiyi təşkilatın həyata keçirdiyi təlimlər haqqında məlumat verdidən danışıb.

"Ekoturizm Azərbaycan" təşkilatının rəhbəri Elman Yusifovun "Azərbaycanın turizm potensialı" adlı kitabı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra iştirakçılar Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında əməkdaşlıq imkanları, bu istiqamətdə müşahidə olunan problemlər haqqında danışıblar.

Məsələ ilə bağlı "Exselsior Bakı", "Hilton Bakı" hotellərinin baş menecerləri çıxış edərək turizm şirkətləri ilə əməkdaşlığın onlara yalnız fayda verəcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti