...

Magistraturalaya qəbul imtahanlarında iştirak edən bakalavrlar üçün buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Cəmiyyət Materials 26 Fevral 2013 14:22 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak etmək istəyən bakalavrlar üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Magistraturalaya qəbul imtahanlarında iştirak edən bakalavrlar üçün buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak etmək istəyən bakalavrlar üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı Trend-ə bildirib ki, magistratura səviyyəsinə 1-ci mərhələ üzrə imtahana "Buraxılış vərəqəsi"nin çap edilməsi üçün qurumun saytına daxil olmaq lazımdır. Namizədlər martın 3-dək "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər. Onlar "Buraxılış vərəqəsi" olmadan imtahanda iştirak edə bilməzlər.

Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

İyunun 3-11-də magistraturaya proqram seçiminin aparılması, iyunun 23-də isə magistraturaya qəbul imtahanının II mərhələsinin keçirilməsi nəzərdə tutulur. İyunun 26-28-də isə magistraturaya ixtisaslaşma seçiminin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti