...

Azərbaycanda uşaqların pnevmaniyaya qarşı peyvəndinə bu ilin II yarısından başlanacaq

Cəmiyyət Materials 27 Fevral 2013 11:40 (UTC +04:00)
Bu ilin II yarısından Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlamaq nəzərdə tutulur.
Azərbaycanda uşaqların pnevmaniyaya qarşı peyvəndinə bu ilin II yarısından başlanacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin II yarısından Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlamaq nəzərdə tutulur.

Bunu çərşənbə günü Trend-ə azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, pnevmokok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda , uşaqların sayına uyğun vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq.

Əliyeva deyib ki, bu vaksinin tətbiqi üçün respublika üzrə təlimat hazırlanaraq tibb işçiləri təlimatlandırılmalıdır. Digər peyvəndlər kimi bu vaksin də dövlət tibb müəssisələrində pulsuz vurulacaq.

O qeyd edib ki, hazırda Azərbaycanda 6 yaşadək uşaqlar arasında peyvənd təqvimi əsasında planlı peyvənd aparılır.

Əliyevanın sözlərinə görə, Azərbaycanda idarəolunan infeksiyalar demək olar ki, yox səviyyəsindədir.

"Aparılan planlı peyvəndlər nəticəsində bir cox xəstəliklərin azalması, hətta qeydiyyata alınmaması müşahidə edilir. Azərbaycan polimelit xəstəliyindən azad ölkə statusunu alıb. Bu xəstəlik Azərbaycanda 1996-cı ildən qeydə alınmır. Ölkədə difteriya xəstəliyi yoxdur, göy öskürək xəstəkliyinin azalması müşahidə edilir. Tetanus xəstəliyi isə uşaqlar arasında yoxdur. Bağırsaq infeksiyalarında da artım müşahidə edilmir",-RGEM-in direktor müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti