...

Azərbaycanın regionlarında yeni radio kanallarının açılması nəzərdə tutulur

Cəmiyyət Materials 1 Mart 2013 11:21 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasına Azərbaycanda yeni televiziya və radio kanallarının açılması ilə bağlı müracətlər daxil olub.
Azərbaycanın regionlarında yeni radio kanallarının açılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Milli Televiziya və Radio Şurasına Azərbaycanda yeni televiziya və radio kanallarının açılması ilə bağlı müracətlər daxil olub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Hesab edirəm ki, radiolarımızın sayı çox azdır. Xüsusən də regionlarda. Ona görə də onların artırılması haqqında düşünürük. Xüsusən də regionlarda bununla bağlı işləri davam etdirəcəyik" - deyə şura sədri açıqlayıb.

Məhərrəmli bildirib ki, yeni televiziya kanallarının açılması ilə bağlı müracətlər daxil olub. Lakin şuranın sədri hesab edir ki, ölkədə onların sayı kifayət qədərdir.

Onun sözlərinə görə, yeni televiziyaların açılması ilə bağlı müraciətlərin baxılması işi daim davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti