...

Bakı Nobel İrsi Fondunun sədri Fransanın ali mükafatı ilə təltif olunub (FOTO)

Cəmiyyət Materials 1 Mart 2013 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bu gün Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında azərbaycanlı tanınmış iş adamı və xeyriyyəçi, Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti Toğrul Bağırovun "Fəxri legion" ordeni ilə təltif olunması mərasimi keçirilib.

Trend xəbər verir ki, Bağırov bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb.

Bu, Toğrul Bağırovun aldığı ikinci ali beynəlxalq mükafatdır. Xatırladaq ki, 2010-cu il dekabrın 10-da o, Stokholmda İsveç kralı XVI Karl Qustavın əmri ilə Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə 1-ci dərəcəli "Qütb Ulduzu" ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti