...

"ASAN xidmət"ə müraciətlər əsasən şəxsiyyət və sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlıdır

Cəmiyyət Materials 1 Mart 2013 17:44 (UTC +04:00)
Fəaliyyət göstərdiyi ay yarım ərzində "ASAN xidmət"də heç bir neqativ hal qeydə alınmayıb. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Azad Cəfərli bildirib.
"ASAN xidmət"ə müraciətlər əsasən şəxsiyyət və sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlıdır

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Fəaliyyət göstərdiyi ay yarım ərzində "ASAN xidmət"də heç bir neqativ hal qeydə alınmayıb. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Azad Cəfərli bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlar tərəfindən neqativ halların baş verdiyinə dair müraciətlər daxil olsa da, onlar təsdiqini tapmayıb.

"Araşdırmalardan sonra bəlli olub ki, vətəndaşların özləri ya bəzi prosedurları düzgün anlamayıblar, ya da rüsumları özləri üçün düzgün hesablamayıblar", - şöbə rəisi qeyd edib.

Onun sözlərinə görə, yanvarın 15-də fəaliyyətə başladığı gündən fevralın 28-dək - ay yarım ərzində 1 saylı "ASAN xidmət" mərkəzinə ümumi müraciət edənlərin ümumi sayı 22 481 nəfər olub. Onlardan 16 249 nəfərə xidmət göstərilib.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.

"ASAN xidmət"ə aid olmayan məsələlərə dair 3862 müraciət digər dövlət orqanlarına yönləndirilib. Qeydiyyatdan keçmiş vətəndaşlardan 393 nəfəri xidmətə yaxınlaşmayıb, 1977 nəfərə isə müxtəlif məsləhətlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti