...

HOMEOMEZOTERAPİYA – Bioloji Təbabətin bir sahəsi kimi (FOTO)

Cəmiyyət Materials 11 Mart 2013 12:17 (UTC +04:00)
HOMEOMEZOTERAPİYA klassik mezoterapiyanın müasir istiqaməti olub, son illər daha aktual və populyar olmuşdur.
HOMEOMEZOTERAPİYA – Bioloji Təbabətin bir sahəsi kimi (FOTO)

Azərbaycan,Bakı,11 mart /Trend/

HOMEOMEZOTERAPİYA klassik mezoterapiyanın müasir istiqaməti olub, son illər daha aktual və populyar olmuşdur. Məlumdur ki, klassik mezoterapiyada arzuolunmaz əlavə effektlər, o cümlədən allergik və yerli reaksiyalar tez - tez meydana çıxır. Amma HOMEOMEZOTERAPİYA zamanı bu cür əlavə effektlər olmur və yeridilən bioloji preparatlar bütün orqanizmə təsir göstərir. Belə ki, HOMEOMEZOTERAPİYA antihomotoksikologiya və akupunktura metodlarının birgə istifadəsinə əsaslanır.

HOMEOMEZOTERAPİYA zamanı antihomotoksik preparatlar az miqdarda ağrı zonasına və ya orqanın proyeksiyasına dəridaxili və dərialtı yeridilir.

Bəs HOMEOMEZOTERAPİYAnın təsir mexanizmi nəyə əsaslanır?

  • Antihomotoksik preparatlarla bioenergetik proseslər tənzimlənir və özünümüdafiə sistemləri aktivləşdirilir.
  • Iynəbatırma zamanı kimyəvi mediatrların ifraz olunması ilə əlaqədar olaraq ağrı ilə stimulyasiya həyata keçirilir.
  • Zədə nahiyəsinə yaxın yeridilmiş dərman preparatı tədricən sorularaq effektli və uzun müddətli müalicəvi təsiri təmin edir. Buna "depo"effekti deyilir.

HOMEOMEZOTERAPİYA nəinki estetik təbabətdə həmçinin, təbabətin digər sahələrində istifadə edilir. Qabırğaarası sinir nevralgiyaları, dismenoreyya, sonsuzluq, tonzillit, faringit və digər bir çox xəstəliklər bu metodla uğurla müalicə olunur.

Son 15 ildə homeomezoterapiyadan estetik təbabətdə aşağıdakı problemlərin müalicəsində geniş istifadə edirlər:

  • Sellulit I - IV mərhələdə
  • Qırışların profilaktika və korreksiyasında
  • Çapıq və dartılmalarda
  • Saç tökülmələrində
  • Dəridə müxtəlif piqmentasiya pozğunluqlarında
  • Müxtəlif yerli piy yığılmalarında
  • Uğursuz Liposaksiyanın izlərinin aradan qaldırılmasında

Bu müalicə üsulundan Bioloji Təbabət klinikasında uğurla istifadə olunur. Klinika yarandığı gündən dünya alimlərinin təsdiq etdiyi bioloji təbabət elminin müxtəlif tibbi istiqamətlərinin tətbiqi ilə məşğul olur. Bioloji təbabət xəstəliyin diaqnostika və müalicəsində tətbiq olunan kompleks tədbirlər sistemidir. Burada orqan və sistemlərin tarazlaşdırılmış və harmonik fəaliyyətini təmin edən özünütənzimləmə mexanizmlərinin aktivləşdirilməsi və bərpası aparılır. Bu metod xüsusilə uzunmüddətli və çətin müalicə olunan xəstəliklərin müalicəsində çox geniş istifadə olunur.

Məhz Bioloji Təbabət klinikasında xəstəliklərin müalicəsi homeomezoterapiya, homeosiniatriya, akupunktura, mərhələli autohemoterapiya, hirudoterapiya, biopunktura və s. kimi müalicə metodlarından istifadə edilməklə aparılır. Qeyd edək ki, klinikanın həkim heyyəti öz peşəkarlıq səviyyələrini mükəmməlləşdirmək üçün hər il Almaniyada keçirilən Beynəlxalq Homotoksikologiya kurslarına gedir. Klinikada mütəmadi olaraq Almaniya, Rusiya, İtaliya və digər ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə müxtəlif elmi seminarlar keçirilir, həmçinin yüksək ixtisaslı həkim məsləhətinə və müalicəyə ehtiyacı olan xəstələr gələn mütəxəssislər tərəfindən qəbul olunur.

Ətraflı məlumat üçün:

telefon :012 430 89 49

www.heel-az.com

www.biolojitababat.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti