Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Bədəlova/
Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı qeyd edilib.
Trend-in məlumatına görə, tədbir iştirakçıları qarşısında uşaq milli rəqs ansamblları, o cümlədən "Səma" qrupu iştirak edib, muğam ifa edilib, həmçinin müğənnilər Çingiz Mustafayev, Sevda Yəhyayeva və Elçin Cəfərov çıxış ediblər.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qonaqları salamlayaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
"Mən burada milli libaslar geyinmiş müxtəlif yaşda olan xeyli sayda insanı görməyimə şadam", - Morninqstar bildirib.
O, həmçinin bu gözəl tədbirin təşkilatçılarına, iştirakçı və qonaqlarına minnətdarlığını bildirib.
Tədbir zamanı qonaqlara Azərbaycanın milli şirniyyatları təqdim olunub, bayram tonqalı yandırılıb. Adətə uyğun olaraq, ABŞ səfiri də tonqalından üzərindən tullanıb.