...

"FINCA Azerbaijan" kimsəsiz uşaqlar və xəstələr üçün Novruz şənlikləri keçirib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2013 19:34 (UTC +04:00)
Sosial yönümlü tədbirlərdə daima fəal iştirak edən “FINCA Azerbaijan” QBKT-nin Şamaxı və Goranboy filialları Novruz bayramı ərəfəsində kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan xəstələrə bayram sevinci bəxş etmək məqsədilə əyləncəli tədbirlər təşkil edib.
"FINCA Azerbaijan" kimsəsiz uşaqlar və xəstələr üçün Novruz şənlikləri keçirib (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Sosial yönümlü tədbirlərdə daima fəal iştirak edən "FINCA Azerbaijan" QBKT-nin Şamaxı və Goranboy filialları Novruz bayramı ərəfəsində kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan xəstələrə bayram sevinci bəxş etmək məqsədilə əyləncəli tədbirlər təşkil edib.

Tədbirlər Şamaxı şəhər 1 saylı İxtisaslaşdırılmış Ruhi-əsəbi İnternat Evində və Goranboy rayonu İnternat Məktəbində keçirilib. Ümumilikdə 230-a yaxın insanın iştirak etdiyi bayram tədbirlərində "FINCA Azerbaijan"ın əməkdaşları tərəfindən bayram sovqatları və hədiyyələr təqdim edilməsi ilə bərabər, musiqili-əyləncəli şənliklər və oyunlar da keçirilib.

Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində "FINCA Azerbaijan" beynəlxalq "Save the Children" təşkilatının 1 fevral 2012-ci il tarixindən həyata keçirdiyi Gözdən Əlilliyi olan İnsanlar üçün Xüsusi İqtisadi Proqram çərçivəsində əməkdaşlıq edir.

15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" QBKT yaranma tarixindən bu günədək müştərilərinə 635 milyona yaxın ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 137,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 153 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikromaliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti