...

“AtaBank” ASC Novruz bayramında kimsəsiz uşaqları sevindirib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 12:37 (UTC +04:00)
"AtaBank” ASC 16 mart 2013-cü il tarixində “Xəmsə” şadlıq sarayında Korporativ Sosial Məsuliyyət sahəsində növbəti aksiyasını keçirib.
“AtaBank” ASC Novruz bayramında kimsəsiz uşaqları sevindirib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

"AtaBank" ASC 16 mart 2013-cü il tarixində "Xəmsə" şadlıq sarayında Korporativ Sosial Məsuliyyət sahəsində növbəti aksiyasını keçirib. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda bildirilir.

Bankın dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olundu. 300-dən artıq kimsəsiz uşağın iştirak etdiyi Novruz şənliyində şən klounlar, kosa və bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Şən musiqi sədaları altında uşaqlar rəqs edib və tədbirin sonunda uşaqlara hədiyyələr verilib.
"AtaBank" ASC İdarə Heyətinin üzvü Elnur Osmanov tədbir ilə bağlı bildirib: "AtaBank ASC maliyyə bazarında yenilikçi missisyası ilə bərabər, xeyirxahlıq missiyasını da yerinə yetirir. Valideyn himayəsindən məhrum, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqları tez-tez sevindirir və hər il Novruz bayramında onların bahar bayramını daha mənalı və yaddaqalan etmək üçün şənlik təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir".

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 1 fevral 2013 il tərixinə bank tərəfindən quraşdırılmış POS-terminalların sayı 9279 ədəd təşkil etmişdir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/ AtaBank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti