...

İsmət Abasov: Qiymət artımına yol verməsinin qarşısını almaq üçün ictimai nəzarət gücləndirilməlidir (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 14:50 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov qiymət artımına yol verilməsinin, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edib.
İsmət Abasov: Qiymət artımına yol verməsinin qarşısını almaq üçün ictimai nəzarət gücləndirilməlidir (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov qiymət artımına yol verilməsinin, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı məhsullarının Bakı şəhərində keçirilən satış-yarmarkalarında alıcılarla söhbət əsnasında nazir İsmət Abasov ticarət qaydalarına əməl etməyən, suni qiymət artımına yol verən 2 möhtəkirin yarmarkadan kənarlaşdırıldığı barədə məlumat verib. Qeyd edək ki, bu gün səhər saatlarında nazir İsmət Abasov əvvəlcədən dediyi kimi KİV nümayəndələrinin iştirakı olmadan, heç bir xəbərdarlıq etmədən kənd təsərrüfatı məhsulları satışı üzrə paytaxtımızın müxtəlif məntəqələrində keçirilən yarmarkalarda iştirak edib. O, məhsulların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanıb, alıcılarla və satıcılarla onların konkret problemləri barədə söhbət edib. Nazir qeyd edib ki, hər bir yarmarkaya bir neçə nəfər təhkim edilir. Bakıda keçirilən yarmarkalarda 4 günə min tona yaxın kənd təsərrüfatı məhsulları satılıb. Belə məhsul axını dövründə bəzi hallarda möhtəkirlərin mal satışına imkan verməmələri müəyyən çətinliklər yaradır.

Nazir qiymət artımına yol verilməsinin, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edib və alıcılardan da bunu xahiş edib.

Yarmarka iştirakçıları qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar. Eyni zamanda, satıcı və alıcılar ölkə rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bu əziz bayram münasibətilə təbriklərini çatdırmağı nazirdən xahiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti