...

Dəmir yolunun Sığırlı-Padar mənzilində 10 km yol əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 28 Mart 2013 08:37 (UTC +04:00)
Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamı sürətlə icra olunur.
Dəmir yolunun Sığırlı-Padar mənzilində 10 km yol əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

28 mart 2013-cü ildə dəmir yolunun Sığırlı-Padar mənzilində 10 kilometr yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri aprel ayının 7-nə kimi davam edəcək. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 201 kilometr yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçirir.

İnfrastruktur departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Qeyd edək ki, yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Xəbər lenti

Xəbər lenti