...

Azərbaycanlı həkimlər üçün ixtisasartırma kursları təşkil olunacaq

Cəmiyyət Materials 28 Mart 2013 14:22 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bir cox ixtisaslar üzrə həkimlər üçün ixtisasartırma kursları təşkil edəcək.
Azərbaycanlı həkimlər üçün ixtisasartırma kursları təşkil olunacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bir cox ixtisaslar üzrə həkimlər üçün ixtisasartırma kursları təşkil edəcək. Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ixtisasartırma kursları səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçiirlir. Bu il ərzində kurslar, əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcək.

Kurslarda iştirak etmək istəyə mütəxəssislərin yaşı 45-dək, 3 il iş stajı olmalı və xarici dilləri (ingilis, alman, türk və rus) bilməlidirlər. Kurslarda iştirak etmək istəyənlər aprelin 1-dən mayın 1-dək müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti