...

Estoniyada oxumaq istəyən Azərbaycan tələbələri üçün proqram elan edilib

Cəmiyyət Materials 30 Mart 2013 10:27 (UTC +04:00)
Estoniya hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.
Estoniyada oxumaq istəyən Azərbaycan tələbələri üçün proqram elan edilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Estoniya hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, təqaüd proqramı Azərbaycan və Estoniyanın Təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq həyata keçirilir. Təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfindən ödənilir.

Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər bu il aprelin 15-dən gec olmayaraq Təhsil Nazirliyinə müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti