...

Azərbaycanda yeni uşaq sanatoriyaları tikiləcək

Cəmiyyət Materials 3 Aprel 2013 17:11 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uşaq sanatoriyalarının tikilməsini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə AHİK sədri Səttar Mehbalıyev bildirib.
Azərbaycanda yeni uşaq sanatoriyaları tikiləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uşaq sanatoriyalarının tikilməsini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə AHİK sədri Səttar Mehbalıyev bildirib.

Mehbalıyevin sözlərinə görə, Sovet dönəmində hər bir zavodun, fabrikin tərkibində özəl uşaq istirahət düşərgələri var idi.

"Azərbaycanda özəllərdirmə prosesi həyata keçirildikdən sonra həmin zavod, fabriklər də özəlləşdirlirdi və həmin zavod və fabriklərin tərkibində fəaliyyət göstərən uşaq düşərgələri də özəlləşdirildi. Hazırda bu cür özəl uşaq düşərgələrinin ölkədə tikintisinə ehtiyac var. Bunu da iş adamları düşünməlidir ki, belə bir sahə yaratsalar, gəlir əldə edə biləcəklər, ya yox. Bu da böyük iş tələb edir. İş adamları bunu təhlil edəcəklər; belə düşərgələr gəlir gətirəcəksə, istənilən iş adamı buna sərmayə qoya biləcək", - o bildirib.

Mehbalıyev deyib ki, gələcəkdə AHİK-in də imkanı artdıqca bu işi həyata keçirməyi planlaşdırır.

"Azərbaycanda torpaqlar hərrac vasitəsilə satıldığından konfederasiya da boş torpaq sahələri almağı nəzərdə tutur. Biz bu işləri görmək barədə düşünürük və çalışacağıq bu cür uşaq düşərgələri tikək", - Mehbaliyev deyib.

O qeyd edib ki, bu cür düşərgələrinin sayının artması uşaqların yay tətilləri zamanı vaxtlarını daha səmərəli keçirməsinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti