...

Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi üzrə hazırlıq aparılır

Cəmiyyət Materials 4 Aprel 2013 10:26 (UTC +04:00)
Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi üzrə hazırlıq aparılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə axşamı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.
Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi üzrə hazırlıq aparılır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi üzrə hazırlıq aparılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə axşamı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

O vurğulayıb ki, həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulur.

Misirov qeyd edib ki, hazırda bununla bağlı konkret sənəd yoxdur.

"Fikrimcə, yaxın zamanda bu məsələ öz həllini tapacaq. Bu, Komissiyanın səlahiyyətində deyil, Nazirlər Kabineti və əlaqədar nazirliklər bununla bağlı qərar verməlidirlər", - komissiyanın sədr müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti