...

Gəncədə salınan yeni parkın istifadəyə veriləcəyi vaxt məlum oldu

Cəmiyyət Materials 9 Aprel 2013 12:56 (UTC +04:00)
Gəncə şəhərində aparılan quruculuq-abadlıq işləri çərçivəsində Nizami rayonunun ərazisində salınan yeni park bu il istifadəyə veriləcək.
Gəncədə salınan yeni parkın istifadəyə veriləcəyi vaxt məlum oldu

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərində aparılan quruculuq-abadlıq işləri çərçivəsində Nizami rayonunun ərazisində salınan yeni park bu il istifadəyə veriləcək.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, tikintisinə ötən il başlanılan və Mirzə Şəfi Vazehin adını daşıyacaq parkın bu ilin sentyabırında təhvil verilməsi planlaşdırılır.

Yeni parkın ümumi ərazisi 1 hektardır. Burada əhalinin, eləcə də Gəncəyə gələn qonaqların rahat dincəlməsi üçün hər cür şərait yaradılacaq. Parkda müxtəlif növ ağaclar əkiləcək, gül-çiçək kolları basdırılacaq, oturacaqlar qoyulacaq. Parkda inşa ediləcək fəvvarələr də bura xüsusi gözəllik verəcək.

Gəncə şəhərinin baş rəssamı Şərif Şərifov bildirib ki, parkda Mirzə Şəfi Vazehin büstü də ucaldılacaq. Hazırda bununla bağlı iş gedir. Baş rəssamın sözlərinə görə, Azərbaycanın görkəmli şairi, böyük mütəfəkkiri və maarifçisi olan Mirzə Şəfi Vazehin adına parkın salınması və burada şairin büstünün qoyulması Gəncə və gəncəlilərin ədəbiyyata verdikləri böyük qiymət və dəyərin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti