...

Azərbaycanda bu ilin ilk üç ayında yol qəzaları zamanı 258 nəfər ölüb

Cəmiyyət Materials 12 Aprel 2013 11:11 (UTC +04:00)
Bu ilin ilk 3 ayında Azərbaycanda 646 yol qəzası baş verib.
Azərbaycanda bu ilin ilk üç ayında yol qəzaları zamanı 258 nəfər ölüb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Bu ilin ilk 3 ayında Azərbaycanda 646 yol qəzası baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin yanvarın 1-dən martın 31-dək respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb.

Şöbə rəisi deyib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu gənc və təcrübəsiz yox, uzun illər təcrübəsi olan və orta yaşlı sürücülər tərəfindən törədilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti