Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/
Latviya hökuməti Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və ya yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edir.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu proqram iki ölkənin Təhsil nazirlikləri arasında imzalanmış mövcud sazişə uyğun olaraq həyata keçirilir.
Təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak etmək istəyənlər mayın 1-ə qədər Latviya Dövlət Təhsil İnkişafı Agentliyinə (State Education Development Agency/1 Valnu Street, Riga, LV-1050, Latvia) tələb olunan sənədləri göndərməlidirlər.
Yay məktəblərinin təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir.