...

MTRŞ telekanallarda yayımlanan dərmanların reklamından narahatdır

Cəmiyyət Materials 26 Aprel 2013 11:11 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Səhiyyə Nazirliyi reklam üçün dərmanların siyahısını hazırlamalıdır.
MTRŞ telekanallarda yayımlanan dərmanların reklamından narahatdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Səhiyyə Nazirliyi reklam üçün dərmanların siyahısını hazırlamalıdır.

Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli cümə günü jurnalistlərə bildirib ki, Səhiyyə Nazirliyindən onlara dərman peraparatlarının siyahısı göndərilməyib.

"Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda, tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki, Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir", - Məhərrəmli deyib.

Şura sədri onu da bildirib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz.

"Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir",- MTRŞ sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti