...

Silah və narkotik alverində ittiham olunanlara hökm oxunub

Cəmiyyət Materials 3 May 2013 12:15 (UTC +04:00)
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində silah və narkotik alverində ittiham olunan Salyan rayon sakinləri – Elsevər Xəlilbəyli və Məcid Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Silah və narkotik alverində ittiham olunanlara hökm oxunub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Məmmədov/

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində silah və narkotik alverində ittiham olunan Salyan rayon sakinləri - Elsevər Xəlilbəyli və Məcid Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Oruc Cəlilovun sədlriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elsevər Xəlilbəyli 9 il, Məcid Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. Elsevər Xəlikbəylinin evinə baxış zamanı oradan 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, 1 ədəd bıçaq, 13 ədəd birdəfəlik şpris, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti