...

Qafqaz Albaniyası ilə bağlı Dövlət Proqramı baxılması üçün müvafiq orqanlara göndəriləcək

Cəmiyyət Materials 13 May 2013 15:51 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsi müzakirə edilib.
Qafqaz Albaniyası ilə bağlı Dövlət Proqramı baxılması üçün müvafiq orqanlara göndəriləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsi müzakirə edilib.

Trend bazar ertəsi nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Azərbaycan Prezidentinin göstərişinə müvafiq olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildən etibarən Dövlət Proqramının layihəsi üzərində hazırlıq işlərinə başlanıldığı və ümumilikdə 30-dan çox mərkəzi və yerli icra hakimiyyəti orqanından, 10-dək elmi institut və universitetdən təkliflərin qəbul edildiyi bildirilib.

Proqram layihəsinin elmi müzakirəsinə həsr olunmuş görüşdə proqram layihəsi məqbul hesab edilib. Layihənin dəyişikliklərdən sonra razılaşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib və 2013-2016-cı illəri əhatə edən "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın qəbul edilməsinin vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti