...

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yanğınları davam etdirirlər

Cəmiyyət Materials 15 May 2013 10:18 (UTC +04:00)
Erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində yanğınları davam etdirirlər. Bu dəfə Ağdam rayonunda böyük yanğınlar müşahidə olunmuşdur.
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yanğınları davam etdirirlər

Azərbaycan, Bakı, 15 may /Trend/

Erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində yanğınları davam etdirirlər. Bu dəfə Ağdam rayonunda böyük yanğınlar müşahidə olunmuşdur.

Mayın 10-dan etibarən erməni əsgərləri Baş Gərvənd kəndi ərazisindən Orta Qışlaq və Çıraqlı kəndlərini atəşə tutmuşlar. El televiziyasının verdiyi məlumata görə, atışmadan sonra ermənilər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən işğal olunmuş Şıxlar kəndində yanğınlar törətmişlər.

Yerli sakinlər bildirmişlər ki, yandırılan ərazilərdə partlayışlar da müşahidə olunmuşdur. Ehtimal edilir ki, partlayışlar bu ərazilərdə əvvəlcədən yerləşdirilmiş minaların qızmasından əmələ gəlib.

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yaz və yay aylarında mütəmadi böyük yanğınlar törədirlər. Bu yanğınlar təbii sərvətləri, flora və faunanın kütləvi sürətdə itkisinə səbəb olur.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 15 May çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda, həmçinin, oxucular Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin təfərrüatları, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının Bakıda keçirilməsi, Azərbaycan dilinin yeni qrammatikasının işlənib hazırlanması, yeni istirahət məkanı - Qış Parkının açılışı və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti