Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycanda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
16.05.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128; 120.2.1; 120.2.4; 67.4; 66.1 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sənan Xəqani oğlu Misirova qohumu Səttar Nazim oğlu Mustafayevin gətirdiyi sovqata baxış keçirilən zaman çantada olan "Vita 1000" markalı şaftalı şirəsinin içərisində gizlədilmiş, sellofana bükülmüş 1 (bir) ədəd "Sony Ericsson" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.