...

Diplomatik Akademiyada MADIA proqramı üzrə təhsilini bitirən tələbələrin buraxılış mərasimi keçirilib

Cəmiyyət Materials 17 May 2013 20:09 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında MADIA proqramı (Master of Arts in Diplomacy and International Affairs) üzrə təhsilini bitirən tələbələrin buraxılış mərasimi keçirilib.
Diplomatik Akademiyada MADIA proqramı üzrə təhsilini bitirən tələbələrin buraxılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) MADIA proqramı (Master of Arts in Diplomacy and International Affairs) üzrə təhsilini bitirən tələbələrin buraxılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın dövlət strukturlarının və ADA-nın təmsilçiləri, tələbələrin yaxınları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Diplomatik Akademiyada təshil almağın vacibliyini vurğulayıb: "Düşünürəm ki, siz akademiyanın adında olan "diplomatik" sözünün vacibliyini anlayırsınız. Bu, sadəcə Vyana Konvensiyasının imzalanma tarixini yadda saxlamaqdan da çoxdur. Azərbaycan əhalisinin çoxu gənclərdən ibarətdir və onlar ölkənin həyatında vacib rol oynayırlar".

Daha sonra çıxış edən ADA rektoru Hafiz Paşayev xatırlayıb ki, 2012-ci ilin sentyabrında ADA-nın yeni təhsil mərkəzinin açılışı olub və bu, ölkə hökumətinin təhsilə verdiyi önəmin göstəricisidir: "Bizim tələbələr dünyanın müxtəlif yerlərində yüksək vəzifələrdə işləyirlər. Biz təkcə 28 tələbənin buraxılış mərasini keçirtmirik, eyni zamanda, 28 lideri, məsuliyyətli vətəndaşı buraxırıq".

Sonda tələbələrə diplomlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti