Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Mayın 22-dən Azərbaycanda havanın temperaturu orta hesabla 3 dərəcə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə deyib ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Axşama doğru buludluluq artacaq, bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Mayın 21-də havanın temperaturu gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
Mayın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Mayın 22-də havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında mayın 21-də hava əsasən, yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şərq rayonlarında şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq.
Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Mayın 22-də gecə və səhər bəzi yerlərdə şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq.
Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.